“Biz Azərbaycanda çox şeyi beynəlxalq qiymətlərlə müqayisə edib deyirik. Amma xalqa pensiyanı, əməkhaqqını 10 dəfə aşağı veririk”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə deyib.
“Əgər deyilirsə ki, bu ölkədə korrupsiya olmamalıdır, deməli, olmamalıdır. Deyirlərsə ki, süni bahalaşma olmamalıdır, deməli, olmamalıdır. Pandemiya ilə bağlı bölgələrə gedə bilmirik. İndi yəqin gedəcəyik. Camaatın üzünə necə çıxacağıq? Siz camaatın qabağına çıxmırsız, camaat da bizə gileylənir. Bir balaca söz deyən kimi də inciyirsiniz. Guya ki, biz özümüz üçün nəsə istəyirik”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər