Bir gecədə eyni qəsəbədə iki gənc intihar etdi

bir-gecede-eyni-qesebede-iki-genc-intihar-etdi
Oxunma sayı: 5089

Bakının Kürdəxanı qəsəbəsində bir neçə gün öncə bir gecədə iki gənc intihar edib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 23-ü gecə saat 10 radələrində qəsəbənin Meyvə Tinglisi sovxozu deyilən ərazidə 1994-cü il təvəllüdlü Mahmudlu Nofəl Təvəkkül oğlu yaşadığı evdə özünü asıb.

Bu hadisədən 3 saat sonra Bağlar sahəsində 1982-ci il təvəllüdlü Sərya Məmmədov evdə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd