Bir həftə əvvəlki partlayışda yaralanan qadın öldü

bir-hefte-evvelki-partlayisda-yaralanan-qadin-oldu
Oxunma sayı: 892

Goranboyda fərdi yaşayış evində təmir zamanı baş vermiş partlayış nəticəsində xəsarət alan Gülçöhrə Əliyeva xəstəxanada ölüb. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə oktyabrın 11-də rayonun Sarov kəndində qeydə alınıb. Hadisə zamanı 45 yaşlı Gülçöhrə Əliyeva və onun oğlu 26 yaşlı Rizvan Əliyev yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, hadisəyə döşəməyə vurulmuş dolğunun qığılcım nəticəsində partlaması səbəb olub.

Elmar Əli