Bir il əvvəl onlarla başladı...

Bir il əvvəl onlarla başladı...
Oxunma sayı: 2699

Azərbaycanda vaksinasiya prosesinin başlanmasından bir il ötür.

“Qafqazinfo”nun məlumatına görə, 2021-ci ilin 18 yanvarında ölkədə  COVID-19-a qarşı peyvəndlənmə tədbirinə start verilib.

Bakı Sağlamlıq Mərkəzində keçirilən vaksinasiya prosesində ilk olaraq o dönəm səhiyyə naziri olan Oqtay Şirəliyev iştirak edib.

Həmin gün sonradan TƏBİB-in İdarə heyəti sədri vəzifəsindən istefa verən Ramin Bayramlı da peyvənd vurdurub.

Eyni gündə məmurlar sırasına İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin bir sıra rəsmiləri də qoşulub.

Qeyd edək ki, bir il ərzində vurulan vaksinlərin ümumi sayı 11 672 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 330, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 281 “buster” doza vurulub.