Birinci vitse-prezidentin Katibliyində yeni təyinatlar

birinci-vitse-prezidentin-katibliyinde-yeni-teyinatlar
Oxunma sayı: 8409

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Katibliyə iki yeni rəis müavini təyin olunub: Mehdi Dadaşov və Fariz Rzayev.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyi aşağıdakı heyətdən ibarətdir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev