“Mənim adım eşq” solo konserti ilə səhnəyə çıxacaq - Video

menim-adim-esq-solo-konserti-ile-sehneye-cixacaq
Oxunma sayı: 1341

Azərbaycanın sevilən ifaçılarından olan Əməkdar artist Mətanət İsgəndərli möhtəşəm konsert proqramı ilə dinləyiciləri ilə görüşə hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, müğənninin “Mənim adım eşq” adlı solo konserti iyunun 1-də Yaşıl Teatr səhnəsində baş tutacaq.

Saat 20:30-da başlayacaq gecədə sənətçi sevənlərinə unudulmaz anlar yaşadacaq. Konsert proqramında həm müğənninin sevilən hitləri, həm də yeni ifaları yer alacaq.

Gecənin ən diqqətçəkən məqamlarından biri isə odur ki, M.İsgəndərli tamamilə yeni imicdə səhnəyə çıxacaq.

Biletləri “iTicket.az” saytından əldə etmək mümkündür.