Kantona prezdient olmaq istəmirmiş

kantona-prezdient-olmaq-istemirmis
Oxunma sayı: 670

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, 45 yaşlı futbol əfsanəsi bu haqda açıqlamaları ölkədəki evsizlərin probleminə diqqət cəlb etmək üçün verib. Belə ki, Kantona prezidentliyə namizəd olmaq üçün lazım olan 500 imzanı toplamaqdan ötrü bələdiyyə sədrlərinə məktub göndərib. Bundan bir gün sonra isə bu addımı Fransada ölkə əhalisinin mənzil problemləri ilə məşğul olan “Abbe Pyer” fonduna dəstək olmaq üçün atdığını açıqlayıb. Fond rəhbərliyi də bu məsələdə Kantonadan kömək istədiklərini təsdiqləyib.


Ceyhun Əhmədov