Blinken İsraildədir - Foto

blinken-israildedir
Oxunma sayı: 2695

ABŞ Dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kan” radiostansiyası yayıb. 

Məlumata görə, Blinken Yerusəlimdə İsrailin Baş naziri Binyamin Netanyahu və ölkə Prezidenti İshaq Hersoq ilə görüşəcək. Görüşlər zamanı əsas olaraq Fələstin-İsrail münaqişəsinin nizamlanması yollarının müzakirə ediləcəyi gözlənilir.