Bloger Asya reanimasiyaya yerləşdirildi - Video

bloger-asya-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 14118

Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bloger Ramal İsayev sosial şəbəkə hesabında məlumat verib.

“Dünən diş çəkimi zamanı Asyanın bədəninə infeksiya keçib. Diş çəkimini narkozla ediblər, sonra da halı pisləşib", - deyə Ramal İsayev bildirib.

Qeyd edək ki, iki gün öncə bloger narkoz vasitəsilə diş çəkimi etdirəcəyi ilə bağlı video paylaşmışdı.