BMT TŞ ilk dəfə koronavirusu müzakirə edəcək

bmt-ts-ilk-defe-koronavirusu-muzakire-edecek
Oxunma sayı: 725

BMT Təhlükəsizlik Şurasının üzv ölkələri arasında ilk dəfə koronavirus epidemiyasını müzakirə etmək məqsədilə görüş baş tutacaq.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, koronavirusun yayılmasına qarşı heç bir addım atmadığı üçün tənqid olunan BMT Təhlükəsizlik Şurası 9 apreldə keçiriləcək qapalı iclasda COVID-19-u müzakirə edəcək.

İclasın videokonfrans vasitəsilə keçiriləcəyi bildirilib.