Musa Rahim evinin damına yenə də şüar yazdı - Foto

musa-rahim-evinin-damina-yene-de-suar-yazdi-foto
Oxunma sayı: 869

“Qafqazinfo”nun məlumatına görə, partiya fəalı müraciətində ilk olaraq bildirib ki, daxili işlər nazirinə müraciətinin 3 səbəbi var: “Birincisi bilmək istəyirəm Azərbaycan Konstitusiyasında 49-cu maddə varmı? Əgər varsa məni məlumatlandırmağınızı xahiş edirəm”.

Musa Rahim müraciətinin ikinci səbəbi kimi İmişli Rayon Polis Şöbəsinin mayoru Taleh Hüseynovun onu qeyri-rəsmi, səmimi şəkildə polisə dəvət etməsini, onun 11 polis nəfərini döyməkdə təqsirli bilinməsini və hüquq pozuntusuna yol vermədiyi halda polis şöbəsinə gətirməyini göstərir.

Müraciətin üçüncü səbəbi kimi isə Musa Rahimli deyir: “Üçüncü sualım isə bundan ibarətdir: cənab nazir, polis vətəndaşın əmlakını qorumalıdır yoxsa, Musa Rahim öz evində aksiya keçirməsin deyə yuxarıların siyasi sifarişlərini yerinə yetirmək üçündür?

Xahiş edirəm geydiyiniz general mundirinə hörmət əlaməti olaraq aksiya keçirdiyim zaman və sonra səlahiyyətlərinizdən istifadə edib, mənim təhlükəsizliyimin qorunmasına göstəriş verəsiniz. Əks təqdirdə mənə qarşı baş verə biləcək bütün neqativ halların məsuliyyəti Sizin üzərinizdə qalacaq”.

Xatırladaq ki, AMİP fəalı İmişlidə rayon məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Hazırda onun işi Avropa İnsan Haqları məhkəməsindədir.

Musa Rahimin ünvanladığı müraciətdə bütün ədaləti müdafiə etməyə cəsarəti çatan hüquq müdafiəçilərindən, Azərbaycandakı diplomatik korpusdan, eləcə də, beynəlxalq hüquq təşkilatlarından İmişlidə baş verən neqativ hallara etiraz əlaməti olaraq bu gündən etibarən başlayacağı aksiyada yenidən şərlənməməyi üçün diqqət yetirmələri xahiş olunur.

Fatimə Kərimli