Boris Consonun işə qayıdacağı tarix açıqlandı

boris-consonun-ise-qayidacagi-tarix-aciqlandi
Oxunma sayı: 1422

Böyük Britaniyanın koronavirusdan müalicə olunan Baş Naziri Boris Conson sabahdan etibarən vəzifəsinin icrasına davam edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin hökumət sözçüsü məlumat yayıb.

Qeyd edək ki, martın 27-də koronavirus testi pozitiv çıxan Conson karantinə götürülmüş, simptomları ağırlaşdığından isə aprelin 5-dən reanimasiyaya yerləşdirilmişdi. Aprelin 9-da reanimasiyadan çıxan Baş Nazir ayın 12-də xəstəxanadan buraxılıb və müalicəsini ev şəraitində davam etdirir.