“Böyük İpək Yolu”nun sloqan müsabiqəsi başa çatdı

boyuk-ipek-yolunun-sloqan-musabiqesi-basa-catdi
Oxunma sayı: 789


Kampaniya ilə bağlı dünyanın müxtəlif ölkələrindən – Yunanıstan, Gürcüstan,  Ruminya, İraq,  Niderland, Moldova, Ukrayna, Avstraliya, Litva və digər ölkələrdən 50-dən çox  şüar göndərilib. Təşkilatın İdarə heyətində bu sloqanlar arasından növbəti il üçün şüarı seçiləcək. Digərlərindən isə təşkilatın gələcək layihələrində istifadə olunacaq.

Kampaniya çərçivəsində mədəni müxtəliflik anlayışının gənclər arasında necə başa düşüldüyü barədə rəylər və sloqanlar toplanıb. Müxtəlif ölkələrdə yaşayan gənclərin göndərdiyi sloqanlarla birgə nəhəng divara yazıılacaq. 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 25 ölkənin iştirakı ilə Azərbaycanda təsis edilib. Təşkilatın əsas hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni, humanitar sahədə əməkdaşlıq şəbəkəsini formalaşdırmaqdır.