Böyük konsaltinq şirkəti rusdilli işçilərin qəbulunu elan edir

boyuk-konsaltinq-sirketi-rusdilli-iscilerin-qebulunu-elan-edir
Oxunma sayı: 5694

Bazarda artıq üç ildir ki fəaliyyət göstərən şirkət işçi qəbulu elan edir.

Müsabiqədə iştirak etmək istəyənlərə əsas tələblər aşağıdakılardır:

     - Yaş həddi: 18-35 (aşağıda göstərilən ayrı-ayrı vakansiyalar istisna olmaqla)

     - Dil bilikləri: Azərbaycan və rus dili yüksək səviyyədə, ingilis, fransız, alman və şərq dilləri isə arzuolunandır

     - Kompüter bilikləri (təcrübəli istifadəçi səviyyəsində): Microsoft Office proqramları (World, Excel) ilə işləmə bacarığı,

     - İnstaqram və ya feysbuk sosial şəbəkələrindən istifadə bacarıqları

     - Azərbaycanın coğrafiyası, tarixi və müasir reallıqları haqqında dərin biliklər

     - Humanitar təhsil arzuolunandır.

 İş şərtləri:

     - Əmək haqqı: 1200-1600 AZN.

     - Tam məşğulluq

     - Əmək müqaviləsi bağlamaqla işə qəbul

     - Yeni əməkdaşlara iş ödənişsiz əsasda öyrədilir, bu müddətdə əmək haqqı ödənilir

     - Şirkətdə karyera inkişafı perspektivləri

     - Tibbi sığorta

     - Bakının mərkəzində rahat ofis

İş qrafiki:

    -09:00 – 18:00

Şirkət tələblərinə uyğunluğun yoxlanılması üçün test və imtahandan keçmək istəyənlər ilk növbədə [email protected] ünvanına CV göndərməlidir yaxud da https://ishyeri.az/ saytında CV doldurmalıdır.

Yalnız rus dilini yüksək səvyyədə bilən namizədlərin müraciət etməsi xahiş olunur. CV yalnız rus dilində tərtib olunmalıdır, digər dillərdə tərtib olunan CV-lərə baxılmayacaq.

Əlavədə olan faylı (CV) doldurun  /uploads/files/CV_az(1)(1).docx 

İxtisaslaşmiş vakansiyalarda namizədlərə tələblər:

    - SMM (əmək haqqı 1600 AZN)

    - Yaş həddi: 18-30

    - Dil bilikləri: Azərbaycan və rus dili yüksək səviyyədə

    - Azərbaycanın müasir reallıqları (pop-mədəniyyət, iqtisadiyyat, siyasət, coğrafiya) haqqında biliklər

    - Feysbuk  və instaqramda hədəf reklamı ilə iş təcrübəsi,

    - Feysbuk və instaqramda abunəçilərin cəlb olunması və fəallığın qorunub saxlanması sahəsində təcrübə

    - Təhlil və hesabların reklam nəticələri haqqında hesabatların tərtib olunması bacarıqları

    - Müxtəlif hesabların həftələrə və aylara görə reklam nəticələrinin müqayisə olunması bacarıqları; -

Kontent (məzmun) menecer bacarıqları:

    - Excel-də işləmə bacarığı

   - Telegram və TikTok-da işləmə bacarığı arzuolunandır

   - Şəxsi iş portfoliosu (arzuolunandır).

Qrafik dizayn (Ə/H: 2200 AZN) - Yaş: 18-30; - Azərbaycan və rus dili bilikləri: yüksək səviyyədə; - Azərbaycanın müasir reallıqları (pop-mədəniyyət, iqtisadiyyat, siyasət, coğrafiya) haqqında biliklər; - Adobe Photoshop ilə iş təcrübəsi- mütləq; - Adobe illustrator ilə iş təcrübəsi - mütləq; - Adobe Premiere Pro ilə iş təcrübəsi - mütləq; - Adobe after effects ilə iş təcrübəsi - arzuolunandır; - Qrafik dizayn və/və ya videomontaj kurslarının bitirilməsi haqqında sertifikat/sertifikatlar (arzuolunandır); - Şəxsi iş portfoliosu (arzuolunandır).

 Veb tərtibatçı (əmək haqqı : 2200 AZN)

   - Yaş həddi: 18-35

   - Dil bilikləri: Azərbaycan və rus dili bilikləri yüksək səviyyədə

   - HTML, CSS, PHP bilikləri

   - HTTP, FTP protokol bilikləri

   - MySQL VBİS-dən istifadə təcrübəsi:

   - JavaScript bilikləri, sazlama prinsipləri barədə anlayış

   - Php-frameworks ilə iş təcrübəsi

   - Geniş yayılmış СMS (Wordpress, Bitrix, Opencart, Modx) ilə iş təcrübəsi

   - Saytların yaradılması, onların işinin optimallaşdırılması üçün texniki düzəlişlərin daxil edilməsi, səhifə və metateqlərin yaradılması və dəyişdirilməsi bacarıqları. Sayğac kodları və analitik server kodlarının yerləşdirilməsi bacarıqları. Səhifə ünvanlarının dəyişdirilməsi və yenidən yönləndirmənin (redirect) sazlanması bacarıqları. Səhifələrin ayrı-ayrı elementlərinin dəyişdirilməsi bacarıqları. Sayt xəritəsinin tərtib olunması bacarıqları. Saytın işində nasazlıqların axtarılması və aradan qaldırılması bacarıqları. Ziyanverici kodların və boşluqların axtarılması və aradan qaldırılması bacarıqları. Müxtəlif CMS üçün modulların və əlavə funksionalın işlənib hazırlanması bacarığı. Əks əlaqə formalarının yaradılması bacarığı. Təsvir qalereyalarının yaradılması bacarığı. Funksional dinamik elementlərin (üzə çıxan menyu, pəncərələr və s.) yaradılması bacarığı.

IT (əmək haqqı: 1200-1800 AZN)

  -Yaş həddi: 18-35

  -Dil bilikləri: Azərbaycan və rus dili yüksək səviyyədə

  - Kompüter və onun komplektləşdiricilərinin quruluşu və iş prinsipləri haqqında anlayış.  Personal kompüterdə fiziki və proqram səviyyələrində texniki problemlərin həlli bacarıqları.  Ofisdə iş üçün əməliyyat sistemləri və PT-nın quraşdırılması bacarığı. Simli və simsiz texnologiyaları barədə baza bilikləri. Simsiz məlumat ötürmə texnologiyalarının (WIFI) “ağıllı” sazlanması, simsiz məlumat ötürmə kanallarının hesablanması və təhlili sahəsində bacarıqlar.  Periferiya ilə iş bacarıqları və printerlərin iş prinsipi barədə anlayış. Şəbəkə kommutatorları (switch), marşrutizatorlar, Ethernet-kabelinin montajı (quraşdırılması) sahəsində iş təcrübəsi. Şəbəkə kommutatorları (switch), marşrutizatorların (Cisco, HPE) konfiqurasiya komandaları barədə anlayış.  2.4-5GHz işçi tezliyi barədə anlayış və fərqləndirmə.  IP-ünvanlama ilə iş təcrübəsi.  Server virtualizasiyası ilə iş təcrübəsi. Helpdesk personalı ilə iş təcrübəsi.  Şəbəkələrlə iş təcrübəsi.

Namizədlərin şəxsi keyfiyyətləri ilə bağlı tələblər:

  - Punktuallıq

  - İntizamlılıq

  - Məsuliyyətlilik

  - Çalışqanlıq

  - Öyrənmə qabiliyyəti

  - İşləmə qabiliyyəti

  - Zəhmətsevərlik

  - Təfərrüatlara qarşı diqqət

Namizədin seçimi proseduru:

Seçim bir neçə mərhələdən ibarətdir

 1. CV-yə baxılması

 2. Anketin doldurulması

 3. Erudisiya imtahanı

 4. Şirkətin müxtəlif şöbələrinə uyğunluq imtahanı

 5. Psixoloji diaqnostika

CV-yə baxıldıqdan sonra uyğun olduğu halda, şirkətin katibi namizədlə əlaqə saxlayaraq anket doldurması üçün şirkətə dəvət edəcək. Hər namizəd müxtəlif seçim mərhələlərini eyni gündə deyil, fərqli günlərdə keçir. Anket doldurulduqdan sonra yalnız şirkətin müvafiq tələblərinə cavab verən namizədlər növbəti seçim mərhələlərinə buraxılacaq. Bütün seçim mərhələlərindən uğurla keçən namizədlərlə əmək müqaviləsi bağlanılacaq.