Prezident 11 saat çıxış etdi

prezident-11-saat-cixis-etdi
Oxunma sayı: 673

“Qafqazinfo”nun İTAR-TASS-a istinadən məlumatına görə, dövlət başçısının çıxışı günorta başlayıb, gecəyarıyadək davam edib. Uqo Çavesinin nitqinin təxminən 11 saat davam etdiyi xəbər verilir.

Agentlik qeyd edir ki, Çavesin bundan əvvəl də uzun sürən çıxışları olub. Parlament qarşısında Çavesin ilk uzun nitqi 7 saat davam edib.

2011-ci ilin iyununda Uqo Çaves xərçəng şişinin kəsilməsi üçün əməliyyat olunub. Bu əməliyyatdan sonra Çaves çoxaylıq kimyaterapiya kursu keçib.

Çaves dünənki çıxışında onda aşkar edilmiş onkoloji xəstəlik barədə də danışıb: “...Bütün ölkə üçün sınaq oldu. Venesuela xalqı bu sınaqdan şərəflə çıxdı, yüksək səviyyədə yetkinlik nümayiş etdirdi”.

2012-ci ilin oktyabrın 7-də Venesuelada prezident seçkiləri keçiriləcək. Agentlik qeyd edir ki, Çavesin 11 saata yaxın çıxş etməsi onun səhhətinin pis olması fikrinə qarşı yönəlib.

Səidə