Putinin 16 kiloqramlıq qızıl büstü qoyulacaq

putinin-16-kiloqramliq-qizil-bustu-qoyulacaq
Oxunma sayı: 677

İslamazeri.az İnternet Qəzetinin RBK-ya istinadən verdiyi xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində bu dövlətin baş naziri Vladimir Putinin 16 kiloqramlıq qızıl büstü qoyulacaq.

Heykəl bir aydan sonra əridilərək başqa zinət əşyalarına çevriləcək.
Rusiya Federasiyasının "şimal paytaxtı"nın sakinləri mart ayında Vladimir Putinin qızıldan düzəlmiş büstünü görə biləcəklər.
Belə ki, məşhur "585" qızıl satışı şəbəkəsi bir ay ərzində büstü sakinlərə nümayiş etdirəcək, daha sonra əridərək ondan başqa zinət əşyaları düzəldəcək.

Əldə olunan gəlir onkoloji xəstəliklərlə mübarizə aparan xeyriyyə fondlarına köçürüləcək.

Məlumatda o da bildirilir ki, aksiya Putinin seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi deyil.