“Qafqazinfo”nun oxucularına - www.qafqazinfo.org

qafqazinfonun-oxucularina-wwwqafqazinfoorg
Oxunma sayı: 2470

Portal son bir neçə ayda məruz qaldığı hücumlarla əlaqədar olaraq bu addımı atıb. Bu da təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə edilib. Əgər “az” domenində hər hansı problem yaranarsa, oxucular saytı paralel ünvandan izləyə bilərlər. Hazırda saytı həm www.qafqazinfo.az həm də http://qafqazinfo.org ünvanından izləmək mümkündür.

Bu arada oxuculara daha bir önəmli xəbəri çatdırmaq istəyirik. “Qafqazinfo”ya olan son hücumlardan sonra saytın silinən bazası tədricən bərpa olunacaq. Belə ki, biz əlimizdə olan arxiv materiallarını vaxtaşırı olaraq sayta yerləşdirəcəyik.