BQXK-nın Xankəndidəki ofisi Bərdəyə köçürülüb - Yenilənib

bqxk-nin-xankendideki-ofisi-berdeye-kocurulub
Oxunma sayı: 1452

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisi bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni ölkənin İctimai televiziyasına açıqlayıb.

Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.

Amatuni, həmçinin vurğulayıb ki, Bərdədəki ofis Bakıdakı ofislə bərabər uzun illər fəaliyyət göstərib.

***

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi qurumun Xankəndi ofisinin Bərdəyə köçürüldüyünü təsdiqləyib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. BQXK-nın həmin ərazilərdə olan fəaliyyətləri Bərdə ofisindən həyata keçiriləcək. Ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək”,- BQXK-dan saytımıza bildirilib.