Braziliyada “hiss olunan temperatur” rekordu qırılıb - 60,1 dərəcə

braziliyada-hiss-olunan-temperatur-rekordu-qirilib
Oxunma sayı: 3779

Braziliyanın Rio-de-Janeyro şəhərində hiss olunan temperaturun 60,1 dərəcəyə yüksəlməsi ilə ölkədə indiyədək ən yüksək “hiss olunan temperatur” qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Braziliya mətbuatında Rio de Janeyro Xəbərdarlıq Sisteminə əsaslanan məlumata görə, bütün zamanların ən yüksək temperatur rekordu 16 martda olub.

Şəhərin qərbində hiss edilən 60,1 dərəcə Selsi temperatur 2023-cü il noyabrın 18-də olan 59,7 dərəcəni keçərək rekordlar qırıb.

Qeyd edək ki, mütəxəssislər “El Nino”nun yaratdığı hava hadisələri ilə əlaqədar ölkənin bəzi bölgələrində temperatur rekordlarının ola biləcəyini bildirmişdilər.