Böyük Britaniya ilk dəfə Azərbaycana hərbi attaşe təyin edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Britaniyanın Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşıb.
Bildirilib ki, sözügedən vəzifəyə Gavin Tarbard təyin edilib.
“Biz komandir-leytenant Gavin Tarbardın Azərbaycana ilk Böyük Britaniya Rezident hərbi attaşesi kimi gəlişini məmnuniyyətlə elan edirik. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi addımdır və bizim müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”, - deyə paylaşımda qeyd edilib.

Son xəbərlər
Son Xəbərlər