Britaniyada sutka ərzində 3 mindən çox insan virusa yoluxdu

britaniyada-sutka-erzinde-3-minden-cox-insan-virusa-yoluxdu
Oxunma sayı: 1621

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 11 658-dən 14 579-a yüksəlib, daha 181 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“27 mart saat 09:00-a olan məlumata əsasən, 113 777 nəfərdən analiz götürülüb, onlardan 99 198-i mənfi, 14 579-u isə müsbət nəticələnib. 26 mart saat 17:00-a olan məlumata əsasən, 759 koronavirus xəstəsi dünyasını dəyişib”, - nazirliyin məlumatında deyilir.

Daha əvvəl 578 nəfərin öldüyü xəbər verilirdi.