Britaniyanın müdafiə naziri Kiyevə getdi, Zelenski ilə görüşdü - Video

britaniyanin-mudafie-naziri-kiyeve-getdi-zelenski-ile-gorusdu
Oxunma sayı: 2117

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi teleqram kanalında paylaşıb.

Səfər çərçivəsində Zelenski və Uolles arasında görüş keçirilib. Görüşdə, həmçinin Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons iştirak edib.

V. Zelenski müdafiə nazirinə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara və Ukraynaya göstərilən hərbi dəstəyə görə minnətdarlığını bildirib.