Britaniyaya görə 90 milyon itirdik

britaniyaya-gore-90-milyon-itirdik
Oxunma sayı: 5823

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) "Brexit" nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.