Britni Spirsin vaxtilə yaşadığı malikanə satışa çıxarıldı - Video

britni-spirsin-vaxtile-yasadigi-malikane-satisa-cixarildi
Oxunma sayı: 1988

Müğənni Britni Spirsin vaxtilə yaşadığı dəbdəbəli malikanə satışa çıxarılıb. “Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, Beverli-Hilzdə yerləşən evin qiyməti 7,5 milyon dollar təşkil edir.

Malikanədə altı yataq otağı, yeddi vanna otağı, geniş qonaq otağı, böyük mətbəx, kinozal və bağda dəniz su ilə dolu açıq hovuz var.  

Qeyd edək ki, satışa çıxarılan malikanədə Britni Kevin Federlayndan ayrılandan sonra yaşayıb (2007-2009-cu illərdə). Daha sonra o, oranı 4,2 milyon dollara satıb. Bir müddətdən sonra malikanə yenidən daşınmaz əmlak bazarına qayıdıb və qiyməti bir qədər də artıb.