Saakaşvili Bakıda - Fotosessiya

<b>Saakaşvili Bakıda - <font color=red>Fotosessiya</b></font>
Oxunma sayı: 296

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçib və Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərtac


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi