BŞBPİ atası tərəfindən xəsarət alan uşaqla bağlı məlumat yaydı

bsbpi-atasi-terefinden-xesaret-alan-usaqla-bagli-melumat-yaydi
Oxunma sayı: 2130

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tam və hərtərəfli araşdırılır”.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, azyaşlının məcburi əməyə ̶ dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb.

“Suraxanı RPİ 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə, parçla (qulplu su qabı) övladına xəsarət yetirib.

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir, ailə üzvlərinin və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”, - məlumatda qeyd olunub.