Tanınmış jurnalist itkin düşüb

taninmis-jurnalist-itkin-dusub
Oxunma sayı: 653

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Suriyada baş verən hadisələri izləmək və sənədli film hazırlamaq üçün sözügedən ölkənin İdlib şəhərinə gedən iki türkiyəli jurnalist itkin düşüb. Təxminən bir həftə əvvəl Suriyaya ezam olunan jurnalistlər Adəm Özkösə və Həmid Coşğun barəsində 4 gündür ki, xəbər alınmadığı bildirilib.

Türkiyə mətbuatı “Gerçək həyat” jurnalının Yaxın Şərq üzrə nümayəndəsi olan tanınmış jurnalist Adəm Özkösənin bundan əvvəl də Suriyada baş verənlərlə bağlı xəbər və reportajlar hazırladığını yazıb.

Bu arada müharibə baş verən zonalarda 40 ildir ki, hərbi həkim kimi fəaliyyət göstərən fransız cərrah Jak Bere Suriyadakı vəziyyəti “cəhənnəm” kimi xarakterizə edib. Fevral ayında gizli yollarla Suriyaya gedərək, Hums şəhərində iki həftə qalan Bere bu ölkədəki qətliamın indiyədək şahid olduğu ən qorxunc vəhşiliklərdən biri olduğunu deyib.

İsveçrənin Cenevrə şəhərində insan haqları müdafiəçiləri ilə birlikdə iştirak etdiyi toplantıda açıqlama verən 71 yaşlı həkim Suriyada kütləvi qətllərin törədildiyini bildirib.