Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin dəvəti ilə Türkiyənin dini işlər naziri Mehmet Görməzin oktyabrın 13-də Azərbaycana səfəri başlayır.
Səfər çərçivəsində türkiyəli nazirlə Allahşükür Paşazadə arasında görüş keçiriləcək.