“Hamiləlik və doğuşa görə məzuniyyətin doğuşaqədərki hissəsi doğuş gözlənilən vaxtdan uşağın faktiki doğulduğu tarixə qədər ötən günlər qədər uzadılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Heç bir halda məzuniyyətin müddəti qısaldılmır. Bu norma hamiləlik və doğuşa görə məzuniyyətin ümumi müddətinə təsir edir. Bu, mütləq şəkildə Əmək Məcəlləsində öz əksini tapmalıdır”, - şöbə müdiri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər