İranın cənubunda bir sıra partlayışlar qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində iki ayrı partlayış səsi eşidilib. Eyni zamanda, əyalətdə yerləşən Əbu Musa və Kiş adalarında da partlayışların baş verdiyi bildirilib.
Partlayış səslərinin Hörmüz boğazı istiqamətində yerləşən Qeşm adasında və İranın cənub-qərbindəki Xuzistan əyalətinin Abadan şəhərində də eşidildiyi qeyd olunub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)hücumlarla bağlı açıqlamasında İrandakı hərbi hədəflərə zərbələrin endirilməyə başlandığını bildirib. Komandanlıq zərbələri İranın bir gün əvvəl Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı hücum cəhdinə cavab kimi təqdim edib.
Son xəbərlər
Son Xəbərlər