“Bu cür hesabatları ciddiyə almamalıyıq” - Cavanşir Feyziyev

bu-cur-hesabatlari-ciddiye-almamaliyiq
Oxunma sayı: 1744

“Bu təşkilat ermənipərəstdir. Bu cür təşkilatların hesabatına ciddi yanaşmaq lazım deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev Real TV-nin efirində Danimarkanın eks-Baş naziri, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin fəaliyyəti barədə danışarkən bildirib.

O qeyd edib ki, Rasmussenin təşkilatı kimi təşkilatlar Ermənistana lazımdır.

“Bu gün Ermənistan çətin durumdadır. Məhz bu amildən istifadə edən avropalı siyasətçilər onlardan istifadə edir və pullar qazanırlar. Bir sözlə, biz bu cür hesabatları ciddiyə almamalıyıq”, - deyə Cavanşir Feyziyev vurğulayıb.