Bu da “Zəngəzur” PUA-sı - Foto

bu-da-zengezur-pua-si
Oxunma sayı: 3626

Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

PUA-nın əsas təyinatı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub.

Azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta qənaət edir.

PUA təkmilləşdirilərək döyüş zamanı istifadəsi də mümkündür.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.