Bu ərazidə qaz kəsildi - Foto

bu-erazide-qaz-kesildi
Oxunma sayı: 1016

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib. 

Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.