Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 1097

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.