Bu gecə Tarif Şurasının ləğv edilən qərarları da var

bu-gece-tarif-surasinin-legv-edilen-qerarlari-da-var
Oxunma sayı: 690

Xəbər verdiyimiz kimi, bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, iclasda Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilib.