“Hörmətli xalqımız !
Bizim gənc dostumuz , fəal gənclərdən biri olmuş – Emil Qurbanova yaxından dəstək olmağımız vacibdir.
1987 ci ildə anadan olmuş,ali təhsilli, ordu sıralarında uğurla xidmət etmiş , gənclərlə bağlı tədbirlərdə fəal iştirak etmiş gözəl əxlaq sahibi - Emil Qurbanov 5 ay Ağciyərlər İnstitunda stasionar müalicə aldıqdan sonra həkimlər onun sol ağciyərinin tam götürülüb çıxarılması üçün cərrahiyyə əməliyyatı lazım olduğunu bildirmiş və əməliyyatın Rusiyada həyata keçirilməsinin vacib olduğunu söyləmişlər. Əməliyyat üçün təxminən 12-13 min AZN məbləğ tələb olunur. Lənkəranda yaradılan təşəbbüs qrupumuzla Bank of Bakuda Emil Qurbanov üçün bank hesabı açılıb və hazırda Lənkəranda “Emil Qurbanova dəstək aksiyası,BİGANƏ OLMA “ adlı aksiyamız davam edir.
Lakin bu ana qədər hesaba yatırılan yardım məbləği çox azdır. 20 gün sonra əməliyyat olunacaq Emil Qurbanov üçün yetərli deyildir. Bu səbəbdən xeyirxah ürək sahibi olan hər bir Azərbaycanlıya müraciət edirik : 12 min xeyirxah insanın BİR GÜNLÜK QƏNAƏT ETDİYİ 1 AZN –LƏRLƏ 12 MİN AZN TOPLAMAQ MÜMKÜNDÜR. Bir günlük qənaətimiz Bir gənci , Bir sevgilini , bir övladı , Bir ananı xilas edəcəksə bu aksiyada mütləq iştirak edək . Yardım etmək iqtidarında olmayanlar isə bu xəbəri ətrafındakı dostlarla paylaşsınlar, lütfən . Bu da dəstəkdir və vacibdir . Bir daha qeyd edək ki əməliyyat üçün həkimlərin müəyyən etdiyi vaxta 20 gün qalıb. Biganə qalmayaq və bir gəncin həyatını xilas edək!"
Bank of Baku
Hesab nömrəsi:
3801000000414116 AZN
3811001000414116 USD
3811002000414116 EUR
Son xəbərlər
Son Xəbərlər