Bu gün 18 mindən çox vaksin vurulub

Bu gün 18 mindən çox vaksin vurulub
Oxunma sayı: 1303

Bu gün Azərbaycanda koronavirus əleyhinə 18 min 339 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 3783, ikinci mərhələ üzrə isə 14 min 556 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 705 min 906, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 9 min 487, ikinci mərhələ üzrə isə 696 min 419 nəfər təşkil edir.