Bu gün Gürcüstanla Rusiya arasında uçuşlar bərpa edilir

bu-gun-gurcustanla-rusiya-arasinda-ucuslar-berpa-edilir
Oxunma sayı: 1381

Bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu gün Moskvadan Tbilisiyə ilk uçuşu Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirəcək. 

Gürcüstan paytaxtına uçuşlar gündəlik olaraq “Vnukovo” hava limanından təşkil ediləcək. Gürcüstanın “Georgian Airways” aviaşirkəti isə Moskvaya uçuşları mayın 20-si bərpa edəcək. 

Xatırladaq ki, iki ölkə arasında uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinə getməsindən sonra Tbilisidə baş verən kütləvi etirazlar olub. Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib. 

Qeyd edək ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq Rusiya ilə diplomatik əlaqələrini kəsib.

Günel İbrahimova