Bu gün nə günüdür? - Fotosessiya

bu-gun-ne-gunudur-fotosessiya
Oxunma sayı: 893

Bu gün “Qafqazinfo” portalının fəaliyyətə başlamasının 2 ili tamam olur. Portal 2010-cu ilin bu günü ilk xəbərini yerləşdirib. Kiçik kollektivlə fəaliyyət göstərən “Qafqazinfo” bu müddətdə ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları ilə, ədəbiyyat, incəsənət adamları ilə əməkdaşlıq edib. Bu müddət ərzində portalın oxucularının sayı daim artan istiqamətdə olub. Hazırda gün ərzində sayta 30 min civarında oxucu daxil olur. Ümumilikdə isə bu günə qədər sayta 2,5 milyon İP-dən giriş olub.

“Qafqazinfo” yarandığı gündən elan etdiyi prinsipə - xəbər yaymaq idealına bu gün də sadiqdir.

“Qafqazinfo” kollektivi olaraq biz bütün oxucularımızı təbrik edirik.

Bununla bərabər redaksiyamızın arxivində olan maraqlı fotoları da təqdim edirik: