“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində mübarizəyə başlayır.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi yeni formatda keçirilən yarışda bu gün ilk oyununa çıxacaq.
Qurban Qurbanovun komandası Londonda “Tottenhem”lə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
23:00. “Tottenhem” - “Qarabağ”
London, “Tottenhem Hotspur” stadionu
Baş hakim: Villi Delajo, (Fransa)
Komandaların start heyətlər açıqlanıb:
“Tottenhem”: 1. G.Vicario, 2. L. Bergval, 8. Bissouma, 33. Davies, 6. Dragusin, 11. A. Qrey, 22. B. Conson, 29. P.M.Sarr, 19. D. Solanke, 7. Son Heung-Min (k), 37. Van de Ven
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo
***
Matç başladı.
***
“Tottenhem” 7-ci dəqiqədə azlıqda qalır. London təmsilçisinin futbolçusu Draqusin Juninyonun qapıçı ilə təkbətək çıxmasının qarşısını kobudluqla aldığı üçün qarşısında qırmızı vərəqə görür.
***
12-ci dəqiqədə meydan sahibləri hesabı açır. Conson adını tabloya yazdırır - 1:0.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
53-cü dəqiqədə “Tottenhem” hesabı 2:0 edir. Sarr fərqlənir.
***
58-ci dəqiqədə Toral Bayramov təyin edilən penaltini dəqiq yerinə yetirə bilmir.
***
Solanke 68-ci dəqiqədə hesabı 3:0 edir.
***
Oyun başa çatdı. “Qarabağ” ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olur.