Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

bu-istiqametde-elave-qatar-reysleri-teyin-edildi
Oxunma sayı: 968

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.