Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

bu-oyunlari-izlemek-ucun-geceler-yatmayacagiq
Oxunma sayı: 1283

ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialın matçları Azərbaycanda gecə yarısı yayımlanacaq. 

Qarşılaşmaların əksəriyyəti saat 00:00-dan sonra baş tutacaq. 

Düzdür, 21:00 və 23:00-da da yayımlanacaq qarşılaşmalar olacaq. Amma bu matçların sayı olduqca azdır. 

Açılış matçı olan Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək oyun saat 23:00-da baş tutacaq. 

Demək olar ki, qrup mərhələsi boyunca hər gün 4 oyun oynanılacaq. 

Mundial iyulun 19-da final görüşü ilə başa çatacaq.