Bu kredit təşkilatları hesabat vermədi - Cəzalandırıldı

bu-kredit-teskilatlari-hesabat-vermedi
Oxunma sayı: 634

“Total Finans” və “Stimul” kredit ittifaqlarına icrası məcburi göstəriş verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, sözügedən kredit təşkilatları 2025-ci ilin III rübünə aid hesabatlarını təqdim etməyiblər:

“Mərkəzi Bank “Stimul” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2025-ci ilin III rübünə hesabatların təqdim edilməməsi ilə bağlı icrası məcburi göstəriş verib.

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilmədiyindən, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi rəhbər tutulmaqla, Mərkəzi Bank ittifaqdan hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edib”.

Eyni qayda ilə “Total Finans Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə də müvafiq göstəriş verilib.