Bu ölkə fövqəladə vəziyyət rejimini uzatdı

Bu ölkə fövqəladə vəziyyət rejimini uzatdı
Oxunma sayı: 2380

İspaniyada yeni növ koronavirusla mübarizə məqsədilə martın 14-də elan edilən fövqəladə vəziyyət rejimi aprelin 26-dək uzadılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sol koalisiya hökumətinin qərarı İspaniya parlamentində səsvermə nəticəsində qəbul edilib. Fövqəladə vəziyyət rejiminin 25 aprelədək uzadılması qərarının lehinə 270, əleyhinə 54 deputat səs verib. 26 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, son məlumatlara görə, İspaniyada Covid-19-dan ölənlərin sayı 15 min 238 nəfər, yoluxanların sayı isə 152 min 446 nəfərdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi