Bu ölkədə 6 aylıq körpələrə “Pfizer” peyvəndi vurulacaq

bu-olkede-6-ayliq-korpelere-pfizer-peyvendi-vurulacaq
Oxunma sayı: 1290

Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı (MHRA) “Pfizer-BioNtech” əczaçılıq şirkəti tərəfindən istehsal olunan Covid-19 peyvəndinin körpələr və 6 aydan 4 yaşa qədər olan uşaqlar üçün istifadəsinə icazə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın yaydığı açıqlamada “Pfizer-BioNTech” şirkətinin “Comirnaty” peyvəndinin tələb olunan təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyi bildirilib.

Məlumatda qərardan əvvəl 4526 iştirakçının iştirak etdiyi davam edən klinik sınaq məlumatlarının da nəzərdən keçirildiyi qeyd edilib.