Bu ölkədə casuslar haqda məlumat verənlərə mükafat düşür

bu-olkede-casuslar-haqda-melumat-verenlere-mukafat-dusur
Oxunma sayı: 649

Pekində casusluq edənlər barədə məlumat verənlərə mükafat veriləcək.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, artıq bu barədə qanun qüvvəyə minib. Belə ki, casusluq edən şəxs barədə məlumat verən, casusluqla məşğul olan təşkilatlar, onların maliyyələşəməsi barədə dövlət əhəmiyyətli dəyərli informasiyaları çatdıran şəxsi mükafat gözləyir. 

Mükafatın məbləği 500 min yuan (72,5 min dollar ) dəyərindədir.  Bildirilir ki, nəzərdə tutulan mükafat 90 gün ərzində veriləcək. O da qeyd edilir ki, məlumatları telefonla, poçt vasitəsilə (elektron deyil) və ya təhlükəsizlik idarəsinə şəxsən gələrək çatdırmaq olar.

Aysel Kərimova