Bu şokoladı şəkər xəstələri də yeyə bilər, təbii antioksidantdır

bu-sokoladi-seker-xesteleri-de-yeye-biler-tebii-antioksidantdir
Oxunma sayı: 260

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var.

“Qafqazinfo” xəbər verir ki, südlü şokoladla müqayisədə sağlamlıq faydaları ilə fərqlənən tünd şokolad üzərində son zamanlarda daha çox tədqiqat aparılıb.

Təmiz kakaodan istehsal edilən tünd şokoladın əsas tərkib hissəsi olan kakao Afrika və Cənubi Amerikada yetişdirilir. Düzgün və kifayət miqdarda istifadə edilərsə, tünd şokolad təbii antioksidant mənbəyi ola bilər. O, həmçinin, bədəndə yığılan və sağlamlığa zərərli olan toksinlərin xaric olmasına kömək edir.

Qara şokoladın dəri sağlamlığına çox müsbət təsiri var. Xüsusilə günəş şüalarının verdiyi zərərləri sağaldır. Bu da hər kəsin xəyal etdiyi gözəl və parlaq dəriyə sahib olmağı təmin edir. Eyni zamanda, şəkər xəstələri üçün faydalıdır.

Şokoladdan imtina edə bilməyənlərin tünd şokoladdan istifadə etməsi tövsiyə olunur. Ürək-damar sağlamlığı xəstəliyinə, insult riskini azaltmağa kömək edir. Tünd şokolad yağ yandırıcı xüsusiyyətlərə malik olduğundan arıqlamağa da müsbət təsir edir.