Bu yolda sürət həddi bərpa olundu

bu-yolda-suret-heddi-berpa-olundu
Oxunma sayı: 371

Küləkli hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Xatırladaq ki, ötən gün sözügedən yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.