“Ayntraxt”ın müdafiəçisi Makoto Hasebe mövsümün sonunda karyerasını başa vuracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 40 yaşlı hazırda Bundesliqanın ən yaşlı oyunçusudur. O, klub səviyyəsində 700 oyun keçirib.
Makoto 2008-ci ildə Yaponiyanın "Urava Red Diamonds" klubundan Almaniyaya köçüb. O, "Volfsburq", "Nürnberq" və "Ayntraxt" komandalarında oynayıb.