“Bunun üçün güclü maliyyə qoyulmalıdır” – Baş məşqçi

bunun-ucun-guclu-maliyye-qoyulmalidir-bas-mesqci
Oxunma sayı: 667

“Simurq” klubunun baş məşqçisi Georgi Çixradzenin “Qafqazinfo”ya müsahibəsi


- Sizcə, “Simurq” bu uğurlu gedişatı çempionatın sonuna kimi davam etdirə biləcəkmi?
- Açığını desəm, biz bu mövsümə olduqca ciddi hazırlaşmışdıq. İstər təşkilatçılıq, istərsədə futbolçuların fiziki hazırlığı baxımından. Biz ümid edirik ki, bu cür uğurlu gedişat davamlı olacaq və “Simurq” çempionatı yaxşı yerdə bitirəcək.

- Qış fasiləsində yeni tranferlər etməyi planlaşdırırsınızmı
- Əlbəttə, bu istisna deyil. Bizim indi konkret hansı mövqeylərə futbolçu transfer etməklə bağlı bəzi fikirlərimiz var. Ancaq bütün bu məsələləri fasilədə həll edəcəyik çünki hələ qarşıda oyunlar var və biz əsasən bunun haqqında düşünürük.

- Bu ilki çempionat barəsində ümumilikdə nə deyə bilərsiniz?
- Mən artıq 5-ci mövsümdür ki, Azərbaycandayam və onu deyə bilərəm ki, bu ilki çempionat digərləri ilə müqayisədə olduqca gərgin keçir. Artıq klublar bir-birilərinə yaxın futbol oynayırlar. Əgər əvvəllər konkret olaraq 2-3 klub çempionluğa oynayırdısa, indi bu bele deyil. Ona görə bu il kimin çempion olacağını, kimin axırıncı yer tutacağını demək çətindir.

- “Simurq” bu il avro kuboklara qatılsa “Neftçi”nin göstərdiyi uğuru təkrar edə biləcəkmi?
- Bilirsiz, gərək ki, pillələri yavaş-yavaç aşasan. Komandanın avro kuboklarda uğurlu çıxış etməsi üçün hər şey planlı şəkildə hazırlanmalıdır. Təşkilatçılıq yüksək səviyyədə olmalıdır, komandaya güclü maliyyə qoyulmalıdır. Mən də komandamın avro kuboklarda iştirak edəcəyi təqdirdə uğur qazanmasını istərəm.

- Zaqatalada oynadığınız zaman stadionda olan atmosfer barədə nə deyə bilərsiniz?
- Məncə, “Simurqun” olduqca ədalətli azərkeşləri var. Komanda qələbə qazananda da, məğlub olanda da futbolçularım azərkeş dəstəyini hiss edə bilirlər və bu çox vacib faktdır. Səfər oyunlarında da fanatlarımız bizi dəstəkləyir.

- “Simurq”un heyətində Avroda oynamağa layiq futbolçular varmı?
- Avropada, daxili çempionatlar arasında fərq var. Elə ölkə var ki, orda səviyyə olduqca aşağıdır, elə ölkə də var ki,əksinə yüksəkdir. Təbii ki, bu cür yüksək səviyyəli çempionatlarda oynamaq istəyən futbolçular gərək öz üzərlərində işləsinlər. Bizim gənc və potensialı yüksək olan futbolçularımız var, ancaq onlar da daim öz peşəkarlıqlarını artırmalıdırlar.

İqbal